14 Oktyabr 2014 10:48
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Cavidin oğlu Ərtoğrulun topladığı folklor nümunələri kitabda yer alıb

AMEA Folklor İnstitutunda “Bakı folklor örnəkləri” (I kitab) işıq üzü görüb (“Elm və Təhsil”, 2014, 308 səh.). I cildin əsas qaynaqları vaxtilə Bakıdan toplanmış və indi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən folklor nümunələri və etnoqrafik materiallardır. Kitabda əksini tapan materiallar görkəmli aktyor Hüseynqulu Sarabskinin fondunda yer almaqdadır. Ərtoğrul Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru materilları, “Məktəb”, “Dəbistan”, “Rəhbər”, “Tuti”, “Azərbaycanı öyrənmə yolu” dərgilərində, Azərbaycanı tədqiq və Tətəbbö Cəmiyyətinin nəşrlərində yer almış folklor örnəkləri də bu cildə salınıb.

Ötən əsrin 20-ci illərinədək Bakıda əski əlifba ilə nəşr edilmiş meyxana kitabları, el şairlərinə həsr olunmuş yazılar da “Bakı folklor örnəkləri”ndə toplanıb.

Kitabda yer almış materialların bir hissəsi də AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxivində qorunan əsas etibarilə etnoqrafik mahiyyətli örnəklərdir.

Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), tərtibçilər və ön sözün müəllifləri Rza Xəilov, Afaq Ramazanovadır.

NİGAR


Müəllif:

Oxşar xəbərlər