19 Sentyabr 2020 23:15
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş verən binanın yerində yeni bina inşa olunaraq 4 ay əvvəl sakinlərin istifadəsinə verilib. Lakin bina bu müddət ərzində müəyyən sənədləşdirmə prosedurları icra edildiyindən qazlaşdırılmamışdı.

“Azəriqaz”dan Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 18-də həmin binaya qaz verilişi təmin edilib. Şahlar Hüseynov 13 A ünvanında yerləşən binadakı 50 mənzilin hər birinə qaz xətləri çəkilib, məişət sayğacları quraşdırılıb. Qaz çəkilişlərini xüsusi icazəsi olan tikinti şirkəti (podratçı təşkilat) aparıb. İşin standartlara və təhlükəsizlik qaydalarına uyğun icrasına isə daim “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional qaz istismarı İdarəsi nəzarət edib.

Onu da qeyd edək ki, son günlər bu binada yaşayan sakinlərin narahatlığını nəzərə alaraq “Azəriqaz” qazlaşma işlərinin sürətləndirilməsi və digər qurumlarda sənədlərin yoxlama prosesinin tezləşdirilməsinə çalışıb. “Azəriqaz” İstehsalat Birliyinə yekun açılışa hazırlıqla bağlı rəy məktubu daxil olan kimi, elə həmin gün də binanın qazla təminatı həyata keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər