28 Sentyabr 14:10

Dünyada yeni növ koronavirus (COVID-19) epidemiyasına yoluxanların sayı 33 milyon 310 mini keçib.

Teleqraf.com xəbər verir ki, bunu pandemiyanın statistikasını aparan “Worldometer” saytı açıqlayıb.

Məlumata görə, dünya miqyasında COVID-19-dan dünyasını dəyişənlərin sayı 1 milyon 2 min 452 nəfərdir.

Virusa yoluxan 24 milyon 639 min 64 nəfər sağalıb, 7 milyon 669 min 437 nəfərin müalicəsi davam edir.

ABŞ koronavirusa yoluxanların və ölənlərin sayına görə lider olaraq qalır: 7 milyon 321 min 343 nəfərdə yoluxma halı və 209 min 453 ölüm qeydə alınıb.


Müəllif: Yeganə Oqtayqızı