14 Oktyabr 2014 22:33
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim Gənclik” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gələcəyini qoru!” layihəsi başa çatıb. Bu münasibətlə oktyabrın 14-də “Mont İNN” otelində tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, İctimai Birliyin mətbuat xidmətindən bildirilib ki, cəmiyyətimizi, xüsusən gəncləri ekoloji cəhətdən maarifləndirməyə hədəflənmiş layihənin əsas məqsədi Vətənimizin təbii gözəlliyini, zəngin növ müxtəlifliyini Azərbaycanın hər bir vətəndaşına nümayiş etdirmək, onu necə qorumalı olduğumuzu gənclərin dilindən insanlara çatdırmaqla yanaşı, müxtəlif mənbələrin araşdırılması yolu ilə işğal altındakı torpaqlarımızdakı hazırkı ekoloji şəraitin öyrənilməsidir.

Layihə çərçivəsində iştirakçılarla mütəxəssislər arasında Azərbaycanın bitki örtüyü, heyvanat aləmi, təbii sərvətlərimiz, onlardan səmərəli istifadə yolları, ekoloji mədəniyyət və təbiəti qorumaq mövzularını əhatə edən görüşlər keçirilib.

Yekun tədbirində layihə müddətində Azərbaycanın ekoloji vəziyyəti haqqında araşdırma aparmış hər bir gənc qonaqlara araşdırmalarının nəticələri haqqında geniş məlumat verib. Sonda bu araşdırmaların ümumiləşdirilərək nəşr olunduğu “Gələcəyini qoru!” adlı kitabın təqdimatı keçirilib. Layihə iştirakçıları sertifikatla təltif olunublar.


Müəllif:

Oxşar xəbərlər