6 Oktyabr 2020 20:38
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi 40 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərib. Ərzaq yardımı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə icra olunan "COVİD-19 pandemiyasından zərər çəkən məcburi köçkünlərə dəstək" layihəsi çərçivəsində göstərilib.

Təşkilat sədri Sevil Allahverdiyevanın Teleqraf.com-a verdiyi məlumata görə, layihənin məqsədi yeni növ koronavirusdan zərər çəkən 40 imkansız ailəyə ərzaq yardımı göstərilməsi ilə COVİD-19 pandemiyasının yaratdığı problemlərin qarşısının alınması istiqamətində görülən işlərə ictimai dəstək verməkdir: "Belə ki pandemiyanın təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vaxtında və çevik qərarların qəbul edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi pandemiyadan daha az itkilərlə çıxmağımıza imkan verib. İlk növbədə ölkənin qonşu dövlətlərlə sərhədlərinin bağlanması, yük avtomobilləri istisna olunmaqla ölkəyə giriş-çıxışın dayandırılması, xaricdən ölkəyə gələnlərin karantinə alınması istiqamətində addımlar səmərə verib. Həmçinin, ölkənin səhiyyə sistemi gücləndirilib, sosial cəhətdən həssas əhaliyə davamlı dəstək mexanizmləri tətbiq edilib, iqtisadi dayanıqlığın təmin edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılıb. Amma COVİD-19 pandemiyasının zərərlərinin azaldılması istiqamətdə görülən işlərə vətəndaş cəmiyyəti institutlarının da dəstək verməsinə ehtiyac vardı. Qadın Problemlərinin Tədqiqatları Mərkəzi də bu istiqamətdə görülən işlərə dəstək üçün pandemiyadan zərər çəkən 40 imkansız ailəyə birdəfəlik ərzaq yardımı göstərib. Təşkilata daxil olan müraciətlər və fəaliyyət göstərdiyimiz ərazidə yaşayan koronavirus pandemiyasından zərər çəkən imkansız ailələrdən ibarət siyahı müəyyənləşdirilib. Həmin siyahı müəyyənləşdirilərək Şura ilə razılaşdırıldıqdan sonra imkansız ailələrə çatdırılması üçün ərzaq kuponu alınıb. Ərzaq yardımı almaq üçün "Hədiyyə kartı" həmin ailələrə çatdırılıb. Birdəfəlik ərzaq yardımı göstərilənlərdən 22-si işsiz, 8-i əlilliyi olan şəxslər, 2-si şəhid ailəsi, 5-i təqaüdçü, 3-ü digər aztəminatlı ailələr olub".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər