11 Oktyabr 2020 20:07
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan humanitar atəşkəslə bağlı Moskvada əldə olunmuş razılaşmaya hörmət etmir.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın “L’Opinion” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi səfir Elçin Əmirbəyov bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, cümə günü Moskvada imzalanan humanitar atəşkəs razılaşmasından sonra da vəziyyət dəyişməz olaraq qalır: “Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir. Üstəlik, bazar gününə keçən gecə daha intensiv hal alıb. Ermənistandan atılan ballistik raketlər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə düşüb, nəticədə 9 nəfər həyatını itirib və 34 nəfər yaralanıb. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası da hədəfə alınıb”, - deyə E.Əmirbəyov qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan ərazisi separatçıların qruplaşdığı Dağlıq Qarabağ bölgəsindən deyil, Ermənistandan - Vardenis bölgəsi və Sevan gölünün cənub-şərqindən raket atəşinə tutulur: “Bu, bir tələdir. Çünki Ermənistanın Rusiya ilə müdafiə sazişi Dağlıq Qarabağ üçün keçərli deyil. Azərbaycanın Ermənistan ərazisinə cavab zərbələri isə hadisələrin gedişatını dəyişə bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər