26 Oktyabr 2020 14:19
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala düşüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər