Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qardaş Türkiyə xalqına və xüsusilə də TRT telekanalına təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.
Sosial şəbəkə hesabında Türkiyənin TRT telekanalının aparıcılarının Azərbaycana dəstək xarakterli səmimi çıxışlarının videosunu paylaşan H.Hacıyev bu sözləri qeyd edib:
“Təşəkkürlər, Qardaş Türkiyə! Təşəkkürlər, TRT. Bir millət, iki dövlət”.