27 Oktyabr 2020 14:10
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatları birmənalı dəstəkləyirik. Bu gün Vətən uğrunda müharibənin bir ayı tamam olur. Bu müddətdə Ordumuz böyük nəaliyyətlərə imza atıb. Ola bilsin ki, müharibə, bundan xəbərsiz olan insanlar üçün asan fəaliyyət sayılır. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi bilirəm ki, hər bir metr ərazimiz əgərlərimizin cəsarəti sayəsində əldə edilir. Allah müzəffər Azərbaycan Ordusuna yeni-yeni uğurlar nəsib etsin. Buna inamımız dönməzdir.

Bu fikirləri Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) təqaüddə olan zabiti, Birinci Qarabağ müharibəsinin iştirakçısı Valeh Səfərli deyib.

Müsahibimiz bəyan edib ki, Azərbaycanın 30 ildir gözlədiyi torpaqları işğalçıdan azad etmək anı nəhayət reallaşır:

“Azərbaycan coğrafi və geosiyasi baxımdan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Burada müharibə aparmaq elə də asan məsələ deyil. Həm dünya güclərinin təsirlərini neytrallaşdırmaq, həm də cəbhədə uğurlar əldə etmək sözsüz ki, böyük zəka tələb edir. Bunu isə yalnız dünya siyasətindən, güclərin balansından məlumatı olan, təzyiqləri neytrallaşdırmağı bacaran siyasi xadim həyata keçirə bilər. Bu səbəbdən də biz Ali Baş Komandanın fəaliyyətini yüksək qiymətləndiririk, hər birimiz onun ətrafında sıx birləşmişik və dəstəyimiz birmənalıdır. Şübhə etmirik ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad ediləcək və ərazi bütövlüyümüz təmin olunacaq. Bu müqəddəs işdə Ali Baş Komandana və Azərbaycan Ordusuna nəaliyyətlər arzu edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər