30 Oktyabr 2020 11:33
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şagirdlərin birinci yarımil nəticələrinin qiymətləndirilməsi Təhsil Nazirliyinin qaydaları əsasında həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə deyib:

"Ötən il şagirdlərin qiymətləndirilməsi onlayn qaydada aparıldı. Hazırda bu proses haqqında danışmaq tezdir.

Qiymətləndirmə müvafiq prinsiplər əsasında həyata keçiriləcək. Düşünürəm ki, pandemiya ilə bağlı epidemioloji vəziyyət imkan verərsə, ölkənin bölgələrində mərhələli şəkildə ənənəvi tədrisə qayıdacağıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər