"Ermənilər əsir götürülmüş azərbaycanlı hərbçiləri yaxın məsafədən atəş açaraq qətlə yetirib".
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ilkin istintaqın nəticələrinə dair, o cümlədən digər əhəmiyyətli mövzularla bağlı keçirilən brifiniqdə deyib.
Kamran Əliyev qeyd edib ki, 30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verilib.
Onun sözlərinə görə, Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir:
"Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunur. Eyni zamanda bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi üzə çıxır. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”.