1 Noyabr 2020 11:51
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan Aysu İsgəndərovanın anası Mətanət İsgəndərova Türkiyənin "Sabah" qəzetinə yaşadıqları qorxu dolu anlar barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, Mətanət İskəndərova hücum zamanı yaralanan digər qızı 2 yaşlı Tahirə İskəndərovanın müalicə olunaraq evə buraxıldığını bildirib.

Ana Tahirənin vəziyyətinin hazırda stabil olduğunu deyib: "Övladlarımla birlikdə evin həyətində oturmuşduq, uşaqlar oyun oynayırdı. Qəfil partlayış səsi eşitdik. Hamı başını tutub qaçmağa başladı. Aysu yerə yıxılmışdı, daxili orqanları parçalanmışdı. Kiçik qızım Tahirə də ayağından yaralanmışdı.

Aysunun xəyalları vardı, müəllim olmaq istəyirdi. Övladımın canını aldılar, ciyərimizi parçaladılar. İnşallah körpəmizin qanı yerdə qalmaz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər