Son dövrlər dünya miqyasında koronavirusa yoluxma hallarında artım müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Qonşu ölkələrdən Gürcüstan, İran İslam Respublikası, Türkiyə, Rusiyada virusa yoluxma hallarında artım tendensiyası baş verir.
Həmçinin ölkəmizdə gündəlik 2000-dən yuxarı yoluxma halları özünü göstərir, ölüm hallarının artması da ciddi narahatlıq doğurur. Ölkəmizin vətən müharibəsində olduğu, tibb sisteminin diqqətinin bu xüsusa yönəlməsi virusla mübarizədə daha diqqətli olmağımızı tələb edir.
Xəstəxanalarda yer sayının azalması narahatedicidir. Bu səbəbdən də 28 dekabr 2020-ci ilədək ölkə üzrə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qəbul edilib".