Oktyabrın 22-dən 24-dək Bakıda AMEA-nın Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzində “Sələflər və xələflər” mövzusunda I Beynəlxalq Simpozium keçriləcək. Beynəlxalq Simpozium 22 oktyabr saat 11:00-da başlanacaq.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil ediləcək Beynəlxalq tədbir Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunacaq.
Bu barədə Nəsimi adına Dilçilik İnstitutunun mətbuat katibi Təranə Şükürlü açıqlama verib. T.Şükürlü bildirib ki, dilçiliyin problemlərinin müzakirə olunacağı bu konfransa dünyanın 20-ə yaxın ölkəsindən nümayəndə dəvət olunub. Beynəlxalq Simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, İran, Polşa, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan görkəmli alimlər müxtəlif mövzularda məruzələr edəcəklər.
CAVİDAN