Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar sürücü və piyadaları diqqətli olmağa çağırıb.
Agentlikdən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik:
"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.