24 Noyabr 2020 15:29
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” futbol klubunun rəsmi feysbuk səhifəsi azərbaycanlı şəhid Fərid Dursunova aid paylaşım edib.

Teleqraf.com xəbər verir ki, klubun səhifəsində şəhidin son arzusundan bəhs olunub.

“Şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağını asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qalatasarylıq ölməz”, - paylaşımda qeyd edilib.

Qeyd: Azərbaycan ordusunun kapitanı Fərid Dursunov Dağlıq Qarabağdakı 44 günlük savaşda şəhid olub. Ailəli idi, iki azyaşkı övladı var.

Vətən Müharibəsində şəhid olan Fərid Dursunovun son arzusu yerinə yetirilib. Dəfn olunduqdan sonra məzarında Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” klubunun bayrağı asılıb.

Dursunovun dostlarından son xahişi bu idi: “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray”ımın bayrağını da asarsınız”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər