28 Noyabr 2020 11:28
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı İdarə Heyətinin üzvü, ADR Hərəkatı sədrinin müavini Məlahət Mürşüdlü vəfat edib.

Teleqraf.com-un xəbərinə görə, Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru M.Mürşüdlü 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Mürşüdlü 1992-ci ildə "Təhsil qanunu"nun hazırlanmasında və qəbul edilməsində fəal iştirak edib, onun təkmilləşməsinə və icrasına töhfələr verib.


Müəllif: Teleqraf.com