“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar Zəfər paradı ilə əlaqədar növbəti dəfə Azərbaycana dəstək nümayiş etdirib.
Teleqraf.com xəbər verir ki, Bayraqdar sosial şəbəkədə paylaşım edərək Vətən yolunda canını fəda edən şəhidlərimizə rəhmət diləyib.
"Fırtınalar dursun yana,
Yol ver Türkün bayrağına!
Eşq olsun Türk ordusuna!
Şəhidlərimizin ruhları şad, zəfərin sahibi rəbbimizə şükürlər olsun...", - deyə Səlcuq Bayraqdar qeyd edib.