17 Dekabr 2020 22:30
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin rəisi işləyən Alim Şadıyev yeni növ koronavirus infeksiyasından vəfat edib.

Teleqraf.com xəbər verir ki, mərhum bu vəzifədə 18 il işləyib.

A. Şadiyev əmək fəaliyyətinə Dağıstanın Mahaçqala şəhərində polis orqanlarında işləməklə başlayıb.

1990-cı ildə Quba Rayon Poliss Şöbəsində inspektor, 1991-ci ildən 2009-cu ilədək Quba DYP bölmə rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər