Mərkəzi Seçki Komissiyasının bu günki iclasında “Azərbaycan Respublikasında Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” ilə bağlı müzakirələr keçirilib.
Teleqraf.com xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova bununla bağlı bəzi təkliflər irəli sürüb.
Seçki Məcəlləsinin müvafiq maddələrində göstərilən müddəalardan danışan katib bildirib ki, seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər: “Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş: əhalisi 99.999-dan çox olan ərazidə 150; əhalisi 49.999-dan çox olan ərazidə 100; əhalisi 19.999-dan çox olan ərazidə 75; əhalisi 9.999-dan çox olan ərazidə 50; əhalisi 4.999-dan çox olan ərazidə 30; əhalisi 4.999-dan az olan ərazidə 15 seçici imzası toplamalıdır”.
Tədbirdə eyni zamanda vətəndaşların seçim hüqunu pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK tərkibində ekspert qrupunun yaradılması müzakirə olunub.
MSK sədri Məzahir Pənahovun təklifi ilə bu məsələ səsverməyə çıxarılıb və ümumi rəylə ekspert qrupunun tərkibi müəyyən olunub.
Qeyd edək ki, ekspertlər qrupunun tərkibi 9 nəfərdən ibarətdir. Bunların arasında həm MSK, MSK Aparatının üzvləri var.
Səxavət