Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə növbəti sosial dəstək kampaniyasına başlayıb.
Teleqraf.com xəbər verir ki, kampaniya çərçivəsində müharibədən zərər çəkən ailələrə, eyni zamanda böyük qələbəni bizə yaşadan şəhid və qazilərimizin ailələrinə səfərlər edilir, görüşlər keçirilir.
29 dekabr 2020-ci il tarixindən başladılan kampaniya çərçivəsində bu gün komitə əməkdaşları və “Ailəm” könüllüləri ailələrlə görüşərək onlarla psixoloji söhbət aparıb, bayram sovqatları və uşaqlara müxtəlif hədiyyələr təqdim edib.
Kampaniya müxtəlif rayonlar üzrə bayram günlərində də davam etdiriləcək.