2 Yanvar 2021 00:04
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən yanvarın 4-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər