2021-ci ilin səmavi illik kitabına görə, bu il 2 günəş və 2 ay tutulması müşahidə olunacaq.
Teleqraf.com xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bu ildə də 8 meteorit yağışı baş verəcək.
2021-ci ildə biri tam və biri halqalı olmaqla iki günəş tutulması baş verəcək. Eyni zamanda biri halqalı, digəri tam şəklində ay tutulmasının olacağını söyləyən türkiyəli mütəxəsislər meteohəssas insanların bu baxımdan bir qədər çətin dövrdən keçəcəyini vurğulayıblar.
Mütəxəssislər saturun, yupiter, mars və venera kimi planetlərin səmada parlaq şəkildə görülə biləcəyini açıqlayıblar. Yupiter və saturun planetləri təxminən 2021-ci ilin ortalarından etibarən gecə səmasında asanlıqla görünəcək və bir-birlərinə nisbətən yaxın olacaqlar. Belə ki, bu il baş verəcək tam ay və günəş tutulmaları 26 may, 10 sentyabr, 19 noyabr, 4 dekabr günlərinə təsadüf edəcək.