5 Yanvar 2021 17:57
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Qarabağ Dirçəliş Fondu"nun Müşahidə Şurasının üzvləri işğaldan azad edilmiş ərazilərdə bərpa işlərini müzakirə ediblər.

Teleqraf.com-un məlumatına görə, iclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Fondun əhəmiyyəti barədə danışıb, bununla bağlı daxili və xarici təbliğatın aparılmasının vacibliyini qeyd edib.

Müşahidə Şurasının digər üzvləri də bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər. İclas zamanı işğaldan azad edilmiş ərazilərə investisiyaların və özəl sektorun cəlb olunması, bərpa işlərinə maliyyə dəstəyinin göstərilməsi və digər məsələlər müzakirə edilib.

Şuranın növbəti iclasının yaxın zamanlarda keçiriləcəyi və Müşahidə Şurasının üzvlərinin Fondun fəaliyyəti istiqamətində vəfizələrinin müəyyənləşdiriləcəyi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər