6 Yanvar 2021 17:26
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlərdə Təhsil Nazirliyinin loqosundan istifadə edərək müxtəlif məzmunlu saxta məlumatların paylaşılması hallarına rast gəlinir.

Teleqraf.com-un məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, bu hal ictimaiyyəti aldatmaq və mövcud qanunvericiliyin tələblərini pozmaqdır:

"Təhsil Nazirliyi bildirir ki, nazirliyin loqosunun bu cür hallarda istifadəsi davam etdiyi təqdirdə müvafiq araşdırma aparılacaq və bu işi həyata keçirən şəxslər barədə hüquqi çərçivədə tədbirlər görüləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər