Rusiyada yaşayan azərbaycanlı iş adamı Sərdar Abdullayev koronavirusdan vəfat edib.
Teleqraf.com xəbər verir ki, 70 yaşlı iş adamı bu gün dünyasını dəyişib.
Qeyd edək ki, S.Abdullayev 1951-ci ildə Kəlbəcərin Yanşaq kəndində anadan olub. Rusiyanın Tver vilayətində diaspor rəhbəri kimi də fəaliyyət göstərən S.Abdullayev, 2006-cı ildə Azərbaycanın "Tərəqqi" medalı ilə təltif olunmuşdu.