22 Oktyabr 2014 17:34
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsrailin Azərbaycandakı səfiri Rafael Harpazı qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu münasibətlərin hazırda da uğurla davam etdiyi vurğulanıb.

Səfir Rafael Harpaz Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Səfir qeyd edib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və burada nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblar.

Görüş zamanı Azərbaycanla İsrail arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər