9 Yanvar 2021 17:00
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264, bu günə qədər isə ümumilikdə 2 259 555 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər