Krımda gecə saatlarında spirtli içkilərin satılması qadağan edilib.
Teleqraf.com-un məlumatına görə, artıq qanun Krım parlamenti tərəfindən qəbul edilib. Bundan sonra Krımda spirtli içki almaq yalnız saat 10-dan 23-dək mümkün olacaq.
Qanuna görə, spirtl içkilərin idman mağazalarında satışı da qadağan edilib.
Qanun şəxsi istifadəsi üçün spirt istehsal edən insanlara, diplomatik nümayəndəliklər, konsulluq və hökumətlərarası təşkilatlara şamil edilməyib.