“İranla nüvə proqramına dair danışıqlara başlamaq üçün bu ölkəyə tətbiq olunan sanksiyaları ləğv etməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Amerika İrana tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. İran hər şeydən əvvəl uranı zənginləşdirməklə bağlı fəaliyyətini dayandırmalı, nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - Bayden vurğulayıb.
Xatırladaq ki, İranın dini lideri Əli Xameneyi dünın ölkəsinin nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası üçün əvvəlki şərtini təkrarlayıb.
O deyib ki, hər şeydən əvvəl ABŞ-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyalar ləğv olunmalıdır: “Amerikalılarla avropalıların bizə şərt qoymağa haqqı yoxdur. Çünki onlar nüvə razılaşması ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozublar. Şərt qoymağa haqqı çatan tərəf isə İran İslam Respublikasıdır. Çünki indiyə qədər saziş əsasında üzərinə götürdüyü öhdəliklərə əməl edib”.