18 Fevral 2021 16:10
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə-Hüquq Şurasının tərkibində dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev və Cinayət kollegiyasının sədri Hafiz Nəsibov Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədovdur.

Şuranın tərkibi 12 üzvdən ibarətdir.

Məhkəmə Hüquq Şurasının üzvləri – Ali Məhkəmənin sədri Ramiz Rzayev, Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin deputatı Ziyafət Ələsgərov, Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Sumqayıt Kommersiya Məhkəməsinin sədri Xəqani Tağıyev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, Baş Prokurorun müavini Heydər Məmmədovdan ibarətdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər