20 Fevral 2021 15:24
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Rusiyanın “Sputnik V” və Böyük Britaniyanın “AstraZeneca” vaksinlərinin kombinasiya edilmiş tətbiqi ilə bağlı kliniki tədqiqatlara başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik V”nin “Twitter” hesabında yazılıb.

Qeyd edilib ki, “AstraZeneca” vaksininin ilk dozasından sonra formalaşan immunitet onun ikinci dozasının effektivliyini azaldır (55%) və bu səbəbdən ikinci dozanın tətbiq edilməsi üçün 3 ay gözləməyə ehtiyac yaranır.

“Sputnik V” komponentinin “AstraZeneca”dan sonra ikinci doza kimi tətbiq edilməsi ilə 3 ay gözləməyə ehtiyac qalmayacaq. Bu istiqamətdə artıq kliniki testlərə başlanıldığı bildirilib.

Cari ilin fevralın 8-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər