23 Fevral 2021 12:02
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadənin vida mərasimində Gülyanaq Məmmədova da iştirak edib.

Gülyanaq Məmmədova Teleqraf.com- açıqlamasında Yalçın Rzazədinin ölümündən kədərləndiyini deyib:

"İncəsənətimizə ağır itkidir. Bu gün əziz sənətkarımızı son mənzilə yola salırıq. Həmişə nəğmələri ilə qəlbimizdə yaşayacaq. İfaları və səsinin sehri heç vaxt itməyəcək.

Onun ifaları ilə böyüdük. Mahnılarına mən və Gülyaz Məmmədova da müraciət edirik. Çox kövrək insan idi. Hər zaman əlaqə saxlayırdım. Tədbirlərdə iştirak edirdik. Çox səmimi və sadə insan idi.

Xəstə olan zaman da əlaqə saxlamışam. Hətta Türkiyədə müalicə olanda demişdim ki, sizi özüm qarşılayacam. Buna imkan vermədi, xəstəliyinə görə utanırdı. Bakıya gəldikdən sonra mənimlə özü əlaqə saxladı. Razılıq elədi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər