3 Mart 2021 12:53
2 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist, kinorejissor Vahid Mustafayev xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqovanın vida mərasimində iştirak edib.

Vahid Mustafayev Teleqraf.com-a Vahidə Sadıqovanın vəfat etməsindən danışıb:

"Vahidə xanımla ANS-də tanış olmuşduq. Uzun müddət bizdə baş redaktor vəzifəsində çalışıb. Onun işlədiyi vaxtlarda ANS-də Azərbaycan xalqınının sevimli və intellektual verilişləri yayımlanırdı. Vahidə xanım çox intellektual, təhsilli insan idi. Elm adamı kimi qəbul edilirdi.

Onunla sonuncu işimiz Məmməd Əmin Rəsulzadə haqqında bədii film oldu. Filmin redaktoru idi, çox uzun mübahisələrimiz olurdu. Təəssüf ki, film çəkilişlərini görmədi.

Pandemiyaya görə filmin çəkilişlərini dayandırdıq. Amma ekran işi ərsəyə gəldikdə onun adı mütləq qeyd olunacaq. Azərbaycan mədəniyyəti və mediası peşəkar insanı itirdi. Çəkinmədən deyə bilərik ki, Azərbaycanda artıq elə peşəkarlar yoxdur.

Vahidə xanım kimi peşəkarların yetişməsinə uzun illər lazımdır. Allah rəhmət eləsin. Böyük itkidir..."


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər