10 Mart 2021 17:36
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, fevralın 26-dan aprelin 3-dək Fövqəladə Hallar Nazirliyi (FHN) yanında yaradılacaq İctimai şuraya üzvlük üçün müraciətlərin qəbulu həyata keçirilir.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununun və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, martın 10-da nazirlikdə İctimai şuranın seçki komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin inzibati binasında keçirilmiş iclasa komissiyanın sədri, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə sədrlik edib. Seçki komissiyasının iclasında vətəndaş cəmiyyəti institutları tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrin müraciətlərinə baxılıb, onların qeydiyyatı və İctimai şuraya seçkilərə hazırlıqla bağlı digər məsələlər müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər