“Türkiyə Silahlı Qüvvələri hazırda ölkəmizin və qədim köklərə sahib millətimizin haqq və mənfəətlərini qorumaq üçün ciddi mübarizə aparır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib:
“Dost və qardaş ölkələrin haqq və mənfəətlərini müdafiə etmək, onların haqlı davalarında yanlarında olmaq üçün İraqın şimalında, Suriyanın şimalında, Liviyada, Əfqanıstan, Kosovoda, Azərbaycanda və digər coğrafiyalarda gərgin mübarizə aparırıq”.