Eyndhoven Texnoloji Universiteti və Mərkəzi Florida Universitetinin alimlər qrupu optik-lif kabeli ilə məlumatların rekord sürətdə ötürülməsi üzrə sınağın nəticələri ilə bağlı elmi məqalə dərc edib.
Onlar yeni tip optik-lifdən istifadə etməklə saniyədə 255 terabit sürətə nail ola biliblər ki, bu da hazırda rekord göstərici hesab edilir.
Yeni optik-lif informasiyanın ötürülməsi üçün yeddi müxtəlif kabeldən ibarət olduğu halda adi optik-lif kabellər cəmi bir kabeldən ibarət olur. Məhz bunun sayəsində sürəti xeyli artırmaq mümkün olub.
Bu təkmilləşdirmə işləri sayəsində sürəti 255 terabit/saniyəyədək artırmaq mümkün olub ki, bu da hazırda optik-lif üçün qüvvədə olan 4-8 terabit/saniyə normasından 20 dəfə yüksəkdir.
Hazırlanan optik-lifin diametri 200 mikron təşkil etməsinə görə kabel bütünlüklə hazırda istifadə olunandan bir o qədər də böyük deyil. Eyni zamanda, rabitə kanallarının buraxılış qabiliyyətini də xeyli artırmaq olar.
İLHAMƏ