Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin inzibati binasında Türkiyə Səhiyyə Nazirliyinin qurum başqanı Salih Kənan Şahin, əməkdaşları Züleyha BALCI, Üstün Murat Yıldızı və Azərbaycan – Türkiyə və Azərbaycan İş Adamları və Sənayecilər İçtimai Birliyinin sədri Hüseyin Büyükfıratı qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüşdə akademik Əhliman Əmiraslanov qonaqlara Azərbaycan səhiyyəsində aparılan islahatlar, görülən işlər barədə məlumat verib.
Komitə sədri həmçinin pandemiya dövründə COVID-ə qarşı mübarizə tədbirləri haqqında da məlumat verərək, bu işdə ölkəmizə göstərdiyi dəstəyə görə Türkiyə hökümətinə təşəkkürünü bildirib.
Görüşdə həmçinin Türkiyədən olan qonaqlarla icbari tibbi sığortanın tətbiqi, əzçaçılıq və səhiyyə sahəsində digər əməkdaşlıqlar barədə müzakirələr aparılıb.