20 Mart 2021 11:31
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlığımın ən məhrəm anları, hec zaman korşalmayan duyğularım, ən gözəl arzularım məhz yazla, Novruzla bağlıdır. Əminəm ki, əksər soydaşlarımızın da Milli Bayramımızla bağlı hec bir vaxt unudulmayan xatirələri var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun fikrincə, özü ilə saflıq və təmizlik gətirən, ruhumuzu bir parcası olduğumuz təbiətlə həmahəng yeniləyən, bizi yeni, daha vacib başlangıclara kökləyən gözəl bahar hər birimizin qəlbində yaz günəşinin zərrələri tək parlaq, ilıq duyğular oyadır: “Daha aydın sabahlara, daha gözəl gələcəyə ümidlər yaradır. Gözlərimizi gözəlliyə daha geniş acmağa, pislikləri dupduru axarlarda axıtmağa, qorxularımızı qovmağa, ağırlıqlarımızı gur tonqallarda yandırmağa, saflaşmağa, durulaşmağa vadar edir”.

Komitə sədrinə görə, Novruzun gəlişi hər kəsdə doğmalarına sevgi və sayğı, möhtaclara qayğı və mərhəmət göstərməyə həvəs və istək oyadır: “Həyat sanki bizi yeni güc və daha böyük inamla öz taleyimizə sahib cıxmağa cağırır. Bu yaz mən bu cağırışı daha aydın eşidir, daha böyük əminliklə buna hərtərəfli nail olacağımıza inanıram! Odur ki, əllərimi Tanrıya, üzümü Günəşə tutaraq: "Bütövləşən yurduma xoş gəldin, Bahar", deyirəm!”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər