Son günlər ölkədə koronovirusdan ölüm sayının artması əhali arasında TƏBİB-ə qarşı aqressiya yaradıb.
Teleqraf.com xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri TƏBİB-in bu rəqəmləri qəsdən şişirtdiyini, bəziləri isə müalicənin düzgün aparılmadığını iddia edib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, qurumun ölüm sayını şişirtməsi barədə iddialar tamamilə əsassızdır:
“Statistikanı TƏBİB açıqlamır. Ölkədə 45 laboratoriya var, onlardan cəmi 12-si TƏBİB-ə tabedir.
Ölüm sayının artması isə yoluxma sayındakı artımla bağlıdır”.