14 Aprel 2021 12:41
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət edib.

Teleqraf.com xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehraliyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.

“Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.

Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi ilə Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyatlar keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşaiyət olunan, şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Edar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuqlarla yanaşı bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qimətləndirir.

Eldar Həsəənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.

Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:

“Şəkərli-diabeti üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.

Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.

Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.

Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol (ингаляционныйдозированный) – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte ( sümük ağrıları üçün), 20. Сольбутанол (интели) nəfəs alma problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.

Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsinə və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər