16 Aprel 2021 09:40
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.

Teleqraf.com-un xəbərinə görə, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.

Onun 1 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər