28 Aprel 2021 13:48
4 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Arif Quliyevin səhhəti pisləşib.

Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə aktyor İslam Mehrəliyev məlumat verib: "Hazırda Arif Quliyevin səhhəti pisləşib. Dua edin. Allah sənətkarı bizə çox görməsin!"

Qeyd edək ki, COVID-19-a yoluxan Arif Quliyev "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilib.

"Yeni klinika"nın reanimasiya şöbəsindən görüntüləri yayılan xalq artisti Arif Quliyevin ailəsi KİV-lə əlaqəni kəsmək qərarına gəlib.

Arif Quliyevin qızı Teleqraf.com-a açıqlamasında xalq artistinin səhhəti haqqında mediaya heç bir informasiya verməyəcəklərini bildirib: "Artıq atamın səhhəti haqqımda məlumat verməyəcəyik".


Müəllif: Rəqsanə Həsənova