28 Aprel 2021 19:27
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

Teleqraf.com xəbər verir ki, bu barədə xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99 %-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər