Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədir (əhya) gecəsidir.
Teleqraf.com xəbər verir ki, ilk Qədir gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir.
Ramazan ayının ikinci Qədir gecəsi mayın 3-də, üçüncüsü mayın 5-də və sonuncusu isə mayın 9-da olacaq.
Qeyd edək ki, Qədir gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədir gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Koronavirus pandemiyası səbəbindən Qədir gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.
Xatırladaq ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb.