31 Oktyabr 2014 07:52
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetində rus dilinə dəstək, bu dilin qorunub saxlanılması və tədrisi üzrə regional konfransın açılışı olub.

BSU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Moskva hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr Departamenti tərəfindən dəstəklənən tədbirdə universitetin rektoru Asif Hacıyev rus dilinin işlənməsi, tədrisi və tədqiqi sahəsində Azərbaycandakı vəziyyət, qazanılmış nailiyyətlər, BSU-nun fəaliyyəti haqqında danışıb. Rektor ölkəmizdə rus dilinin tədrisi və istifadəsi üçün dövlət səviyyəsində bütün şəraitin yaradıldığını, orta və ali təhsil müəssisələrində tədris və tədqiq olunduğunu qeyd edib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin rus dili və ədəbiyyatının inkişafının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, rus dilinin istifadəsi üçün Azərbaycanda olduqca münbit şəraitin olduğunu deyib: “Azərbaycan yeganə ölkədir ki, burada rus dilinin inkişafı üçün geniş imkanlar yaradılıb və bunun üçün mübarizə aparmağa ehtiyac yoxdur. Çünki bu ölkədə rus dilinin yayılması və dinamik inkişafına kifayət qədər diqqət göstərilir”.

İki gün ərzində elmi-metodiki konfransda rus dilini tədris edən mütəxəssislər fikir mübadiləsi aparacaqlar. Rus dilinin tədrisində yeni texnologiyaların istifadəsi, rus dili və ədəbiyyatının tədrisi prosesində milli-mədəni dəyərlərin qorunub saxlanılması məsələləri üzrə çıxışlar, diskussiyalar və prezentasiyalar planlaşdırılır.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər