15 Aprel 2014 13:25
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi “nurçu” tərqitindən olan şəxslərə qarşı əməliyyat keçirilməsi ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 11-də “Nurçu” dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.

Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur" kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.

Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur" kitabları aşkar edilərək götürülüb.

Onların izahatları alındıqdan sonra buraxılıblar.

Hacı Zeynalov


Müəllif: