Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PZR testləri əsasında aparılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda sərhədlər bağlı olduğuna görə, vətəndaşların COVID-19 pasportu ilə səyahət etməsi məsələsi rəsmiləşdirilməyib: "Azərbaycana giriş-çıxış qaydası hər kəsə məlumdur. COVID-19 pasportu ilə səyahət etmək müzakirə olunur. Hazırkı vəziyyətdə bununla bağlı əlavə məlumat verə bilmərik".
Yaqut Qarayeva bildirib ki, açıq havada maska taxılması məcburiyyəti haqqında qərar TƏBİB-in səlahiyyəyində deyil.