8 May 2021 12:57
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyi 9 may 2021-ci il tarixindən - 16 may 2021-ci il tarixinədək bayram və istirahət günlərində (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq.

Bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com