11 May 2021 22:13
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilib,ulu öndərin adını daşıyan məkanlar ziyarət olunub, abidələri önünə gül-çiçək dəstələri qoyulub.

Teleqraf.com xəbər verir ki, ümummilli liderin xüsusi təşəbbüsü sayəsində Azərbaycanla sıx dostluq və tərəfdaşlıq münasibətləri olan Rusiyanın Həştərxan vilayətində də bir sıra anım tədbirləri keçirilib.
Vilayətin rəsmi şəxslərinin də qatıldığı bu tədbirlərdə Heydər Əliyevin abidəsi ziyarət olunub, onunla bağlı xatirələrdən söz açılıb.

Həmin gün Rusiya Federsiyasının Azərbaycan diasporası tərəfindən Həştərxan şəhərində fəaliyyət göstərən “Yunost” valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım Mərkəzində tədbir təşkil olunmuş, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından burada yaşayan və tərbiyə olunan 56 uşağa sovqatlar paylanılmışdır.

Tədbirdə çıxış edən Mərkəzin rəhbərliyi humanizmin və şəfqətin təşviq edilməsi mövqeyindən çıxış edən, habelə həyata keçirilən bir sıra humanitar və sosial yönümlü tədbir və layihələrin təşəbbüskarı, eləcə də təşkilatçısı olan Heydər Əliyev Fondunun dəstəyi və himayəsi ilə Rusiya Federasiyasının Həştərxan vilayətində də bir sıra iri layihələrin həyata keçirildiyini vurğulayaraq, təşkil olunan tədbirə və göstərilən diqqət və qayğıya görə öz adından və Mərkəzdə tərbiyə alan uşaqlar adından Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Eyni zamanda, həmin gün Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından iftar süfrəsi təşkil edilib.


Müəllif: Teleqraf.com